Haqqımızda

Kürd Media Mərkəzi (Azərbaycan) 27 mart 2022-ci ildə Facebook sosial şəbəkəsi üzərində yaradılmışdır. 2023-cü ilin 17 iyul tarixindən etibarən mərkəz bütün sosial şəbəkələrdə (Facebook, Instagram, X, Threads, Telegram, Tiktok və s.) sinxron fəaliyyətə keçmişdir. Mərkəzin əsas məqsədi aşağıdakılardır:

  • Azərbaycan Respublikası və Kürdüstan Regional Hökuməti arasında mövcud olan siyasi-iqtisadi əlaqələri izləmək və hər iki ölkənin gündəmini diqqətdə saxlamaq;
  • Hər iki ölkənin mətbuat və mədəniyyət sahələrini əməkdaşlığa təşviq etmək;
  • Azərbaycan və Kürdüstan xalqları arasında ictimai-mədəni təmasları artırmaq, müəyyən festivallara, konsertlərə, digər mədəni tədbirlərə əsas təşkilatçılığı həyata keçirtmək;
  • Azərbaycanda kürd xalqı və Kürdüstan haqqında yayılan mifləri zərərsizləşdirmək məqsədilə dezinformasiyaya qarşı planlı şəkildə mübarizə aparmaq, bunun üçün maarifləndirici kampaniyalar həyata keçirtmək;
  • Azərbaycanda və Qafqazda kürdlərin tarixini, etimologiyasını, toponimikasını institutlaşdırılmış səviyyədə araşdırmaqla və ya hazır araşdırma materiallarını əldə etməklə onları yayımlamaq.